Koronavirus dənizdən və hovuzdan keçə bilərmi?
Koronavirusun dənizdən və ya hovuz suyundan keçib-keçməməsi ilə bağlı suallar narahatlıq yaratmaqdadır.
Mütəxəssislər bildirib ki, ictimai fəaliyyətlər koronavirusa qarşı fərdi qoruyucu tədbirlərin görülməsi şərtilə, sıxlıq yaratmayacaq bir şəkildə təşkil edilməlidir, xüsusilə dəniz suyundan koronavirusa yoluxma ehtimalı çox azdır.
Lakin dənizdə və hovuzda diqqət etməli olduğumuz qaydalardan biri də məsafədir. Suda olduğumuz zaman heç bir maska taxmadığımız üçün izdiham yaratmamalı, məsafə saxlanılmalıdır. Dənizdən və hovuzlardan bu şərtlə faydalanmaq daha doğrudur.
Əlavə olaraq, insanların çox təmasda olduğu bölgələrə, sahələrə toxunduqdan sonra əllər tez bir zamanda dezinfeksiya edilməlidir. Həm girişdə, həm də çıxışda hovuzlara girən insanların duş qəbul etməsi təmin olunmalıdır.
Hovuza girməzdən öncə, müxtəlif dəri və göbələk infeksiyalarına qarşı hovuz girişlərində dezinfeksiyaedici sahələr təşkil edilməlidir ki, ayaqlar orada dezinfeksiya edilsin.
Dəniz və ya hovuz ətrafında sosial obyektlərdə 1 nəfər üçün 4 kvadratmetr və hovuzda 8 kvadratmetrlik aralıq qorunmalıdır.
Bundan başqa, hovuzun xlor konsentrasiyası da çox vacibdir. Dənizdə duzlu su olduğundan təbii qoruma var. Ona görə hovuz suyundakı xlor konsentrasiyası davamlı olaraq tənzimlənməlidir.(Sonxeber.az)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay