Səhiyyə
25.06.2021 / 16:52
Qrip olan şəxs peyvənd vurdura bilərmi? - AÇIQLAMA
14621
“Koronavirus əleyhinə peyvəndin birinci dozasından sonra mövsümi qripə yoluxan şəxsdə yüksək hərarət yoxdursa və qripin aktiv dönəmində deyilsə ikinci dozanı vurdura bilər”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Həkim-infeksionist bildirib ki, mövsümi qrip uzun müddət davam etmir:
“İkinci dozanın vurulması adətən 28 gün ərzində həyata keçirilir. Lakin müəyyən səbəblərdən ikinci dozanı vaxtında vurdura bilməyənlər üçün 56 gün möhlət verilir. Həmin müddət ərzində ikinci dozanın vurdurulması tövsiyə edilir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay