BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14608

Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - “Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, artıq dünyanın 11 ölkəsində yeni ştamma rast gəlinib.

Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. Belə ki, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. 

Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var. “Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb.

Mütəxəsislər “Delta Plus”un (K417N) ilk dəfə Cənubi Afrika qeydə alındığını iddia edirlər. Bu da o deməkdir ki, hind variantlı ştamm Cənubi Afrika növü ilə qarışıqdır. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur. 

Eyni zamanda bu virus ağciyər hüceyrələrinə daha asan düşür. Lakin yenə də bu sahədə tədqiqatlar davam edir. Delta ştammı daha çox gənc və iki doz peyvəndi vurdurmayan şəxslərdə müşahidə edilir. 

İlkin araşdırmalara görə Pfizer-Biontech vaksinin iki dozasının yeni ştamma qarşı 80 %-in üzərində effektiv olduğu bildirilir.

“Delta” variantına qardaş ölkə olan Türkiyədə də yoluxan şəxslər olub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 134 belə faktın olduğunu təsdiqləyib.

Bu da o deməkdir ki, Hindistan ştammı Azərbaycana hər an daxil ola bilər.

Valyuta.az-ın xəbərin görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır:

“Bu günə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev isə “Report”a açıqlamasında deyib ki, “Delta” variantının fərqli populyasiyalarda sürətlə yayıldığını və ölüm riskində müxtəlif fərqlər yaratdığını elmi tədqiqatlar da göstərir:

“Hətta bu barədə aprel ayının əvvəlindən Azərbaycana xəbərdarlığım da olub. Televiziya vasitələ insanlara bu ştammın təhlükəsini və buna qarşı olunmalı olan tədbirləri izah etməyə çalışdım. Bir neçə ay keçib və müşahidə edirik ki, Hindistan ştammı dünyada COVID-19-un yeni dalğasının yaranmasına və yaxud yaranacağına səbəb olur”.

N.Abdullayevin sözlərinə görə, bu gün Azərbaycanın qarşısında duran məqsəd o olmalıdır ki, yeni ştammın ölkədə yayılmasının qarşısı maksimum dərəcədə alınsın:

“Ən vacib faktor yeni ştamma qarşı yüksək effektivli peyvəndlərdən istifadə etməkdir. Azərbaycanın əlindəki bugünkü imkanlarla müəyyən formada koronavirusun “Delta” variantına qarşı tez bir zamanda effektli peyvəndlərlə insanları vaksinasiyaya cəlb etmək labüddür. Mən inanıram ki, artıq effektli peyvəndlərin nə demək olduğunu artıq hər kəs başa düşür”.

Qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.

Xatırladaq ki, bu günə qədər ölkədə 335 676 nəfər COVID-19-a yoluxub. Onlardan 329 870 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 965 nəfər dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin