BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14591

“Qida zəhərlənmələri çox sayda bakteriyaların və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə gedən kəskin gedişli xəstəliklərdir”.

Valyuta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Vüqar Cavadzadə deyib.

O bildirib ki, qida zəhərlənmələri şərti-patogen, patogen, aerob və anaerob mikroorqanizmlər tərəfindən törədilir: 

“Zəhərlənmələrdə əsasən infeksiya mənbəyi insanlardır. Bu, bakteriyalar və onların toksinləri ilə çirklənmiş kremli qənnadı məhsullar, ət, balıq, süd və ərzaq məhsullarını yedikdə baş verir. Sadaladığımız yeyinti məhsullarını hazırlayarkən, düzgün şəraitdə saxlanılmazsa, soyuducuya qoyulmazsa, acıq qabda saxlanılarsa, bakteriyalarla çirklənər. Bəzən heyvanlar da infeksiya daşıyıcısı olur. Mastiti olan heyvanların da südü bakterioloji olaraq çirklənir. Bu da insanların süd məhsullarını istifadə etdikdə yoluxmaları ilə nəticələnir”.

Onun sözlərinə görə, qida zəhərlənmələrinin (toksikoinfeksiyalar) klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövürdən sonra özünü biruzə verir:

“İlkin olaraq xəstələrdə ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verir. Bəzi hallarda bir neçə dəfə ishalda müşahidə edilir. Xəstələrdə qızdırma dərhal yüksəlsə də, qısa müddətdən sonra normaya enir. Bəzən qusma öyümə ilə müşahidə olunaraq, inadlı xarakter daşıyır. Adətən qusuntunun tərkibində həzm olunmamış qida qalıqları olur. Qusuntu kütləsi pis iyli olur".

Həkim qeyd edib ki, əksər xəstələrdə intoksikasiya simptomları müşahidə edilir: 

“Belə ki, xəstələrdə ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dili ağ ərplə örtülür, təziq düşür-arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir. Qarın boşluğunun palpasiyası zamanı mədə və göbəkətrafı nahiyədə ağrılar olur. Əksər hallarda qida toksikoinfeksiyaları yüngül gedir. Bu zaman xəstələrdə əsasən qusma olur, digər əlamətlər çox vaxt olmur. Ağır gediş zamanı xəstələrdə çox saylı qusma, bəzən selikli qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsi rast gəlinir. Ağır xəstələrdə su-duz mübadiləsinin pozulması nəticəsində əzələlərdə qıcolmalar baş verir. Ümumiyyətlə, qida toksikoinfeksiyaları sağalma ilə qurtarır”.

Onun sözlərinə görə, ağır hallarda xəstələrdə dehidratasion şok kimi ağırlaşmalar müşahidə edilir: 

“Bəzi xəstələrdə ikincili infeksiyaların qoşulması nəticəsində bakterial ağırlaşmalarda baş verə bilir. Əsas diaqnoz klinik-epidemioloji məlumatlara əsasən qoyulur. Klinik olaraq xəstələrdə qısa inkubasion dövrün olması, xəstəliyin eyni ərzaq məhsulları qəbul etmiş şəxslər arasında qəflətən baş verməsi, xəstələnənlərdə eyni klinik əlamətlərin olması, ilkin yardım-mədənin yuyulması, təmizləyici imalədən sonra vəziyyətinin qısa müddət ərzində yaxşılaşması diaqnozu qoymağa imkan verir. Epidemioloji olaraq ərzaq məhsulunun xarakterinə, onların saxlanılma şəraitinə, hazırlanma qaydasına, yemək hazırlayanların sağlamlıq vəziyətinə və onların irinli zədələnmələrinə diqqət yetrilməlidir. Etioloji diaqnoz isə qusuntu kütləsindən, mədə yuyuntusundan, ərzaq məhsullarının qalığından və bağırsaq möhtəviyyatından mikrob kulturasının tapılması nəticəsində qoyulur”.

V.Cavadzadə deyib ki, qida toksikoinfeksiyalarının profilaktikasında müasir standartlara cavab verən müəssələrin yaradılması və məhsulların saxlanılmasının təkmilləşdirilməsi əsas yer tutur:

"Dərinin irinli xəstəlikləri, angina, rinofaringit və s kimi bakterial etiologiyalı xəstəlikləri olan şəxslər işdən kənarlaşdırılmalı, tam müalicə olunmalı və müalicədən sonra bakterioloji müayinənin mənfi nəticəsindən sonra işə buraxılmalıdırlar. Baytarlıq işçiləri xəstə heyvanları vaxtında aşkar etməli, ət və süd məhsullarının istehsalına ciddi nəzarət etməlidirlər. İnsanlara isti aylarda küçədə günəş şüaları altında satılan kremli qənnadı, süd, ət, balıq məhsullarını almamağı, qida məhsullarını mütləq soyuducuda saxlanılan dükanlardan əldə etməyi tövsiyə edirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin