BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14516

“Son vaxtlar ölkədə COVID-19-a yoluxma sayında ciddi azalma müşahidə olunur”.

Valyuta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Ölüm halının isə demək olar ki, yox olduğunu deyən komitə sədri hesab edir ki, ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin nəticəsidir: 

“Ölkəmizdə bu ilin yanvarından vaksinasiya prosesinə başlanılıb. Azərbaycan hökuməti dünyada mövcud olan yüksək rəqabət, vaksin qıtlığı şəraitində öz əhalisinin tələbatını ödəmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş vaksinlərin ölkəyə gətirilməsini təmin etdi. Məhz bunun nəticəsində də xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkanlar yarandı. Belə ki, artıq ictimai iaşə obyektləri, təhsil müəssisələri, alış-veriş mərkəzlərinin açılması barədə qərarlar verilib. İyulun 1-dən isə toy və nişan mərasimlərinin keçirilməsinə icazə veriləcək. Amma bütün bunlar bizi ehtiyatsız davranmağa sövq etməməlidir. Hələ koronavirs epidemiyası davam edir və onun yeni növləri aşkara çıxır”.

M.Quliyev bildirib ki, son günlərdə Azərbaycana qonşu ölkələrdə COVID-19-un Hindistan ştammı çox sürətlə yayılır: 

“Artıq bu ştamm Rusiya, Gürcüstan, Ukrayna, Böyük Britaniya və s ölkələrdə sürətlə yayılır. Bu ölkələrdə koronavirusun növbəti dalğasının başlayacağı gözlənilir. Bu hal bizi ehtiyatlı olmağa vadar etməlidir. Hər birimiz qoyulan qayda və qanunlara ciddi şəkildə riayət etməliyik. Mən bir həkim olaraq tövsiyə edirəm ki, hər altı aydan bir revaksinasiya aparılsın. İnsanlarımız vaksin olandan sonra tam arxayınlaşmasınlar. Toylar da başlayır. Yəqin ki, yas mərasimlərinin təşkilinə də müəyyən qaydalara riayət etməklə icazə veriləcək. Hesab edirəm ki, vətəndaşlarımız daha fəal şəkildə vaksinasiya prosesinə qoşulmalı, özlərini qorumalı, sanitar-epidemioloji qaydalara əməl etməlidirlər. Əks-təqdirdə virus yenidən yayılacaq. Bu da yenidən məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yaranacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin