Səhiyyə
23.06.2021 / 17:27
Operativ Qərargah rəsmisindən üçüncü doza ilə bağlı - AÇIQLAMA (VİDEO)
14463
Ölkəmizdə hələlik üçüncü doza peyvəndin tətbiq olunmasına ehtiyac yoxdur.
Valyuta.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Rəşad Mahmudov “ARB-24 TV”-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün üçün dünyada üçüncü doza peyvəndi geniş tətbiq edən hər hansı ölkə olmadığı üçün bu haqda fikir ortaya qoymaq doğru olmaz:
“Amma istər səhiyyə ocaqlarımız, istər bu siyasəti həyata keçirən qurumlar, eləcə də operativ qərargah həm ölkəmizin, həm də dünyada var olan təcrübələrin, ən başda da ÜST-ün tövsiyələrinə uyğun şəkildə addım atır. Əminəm ki, gələcəkdə ehtiyac olduğu halda Azərbaycan səhiyyə sistemi də üçüncü doza məsələsini həyata keçirəcək. Amma bu gün üçün buna hər hansı ehtiyac duyulmamaqdadır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay