Yasamalda koronavirusa yoluxma ən yüksək həddə çatıb - SİYAHI
Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,6 %-i Binəqədi rayonunun payına düşür.
Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,4 % ilə Xətai rayonu qərarlaşır.
Digər rayonlar üzrə isə Yasamalda 12,2 %, Sabunçuda 11,2 %, Nərimanovda 8,2 %, Suraxanı 8,2 %, Nəsimidə 7,9 %, Xəzərdə 7,2 %, Nizamidə 7,1 %, Səbaildə 5 %, Qaradağda 4,5 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,2 %-i Bakı şəhərində qeydə alınıb.
Bundan başqa, məlumatda bildirilib ki, Azərbaycan əhalisinin 19 faizi COVID-19 əleyhinə vaksinasiya edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay