Səhiyyə
18.06.2021 / 16:17
Vaksin olunan şəxslərdə immunitet neçə müddət olacaq? – TƏBİB açıqladı
14217
Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil.
Valyuta.az-ın Trend.az-a istinadən verditi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, xəstələnmiş və sağalmış şəxsin vaksin olunmasının heç bir ziyanı yoxdur:
"Hazırda vaksin vurulmuş şəxslərin 6 ay sonra yenidən vaksin olunması ilə bağlı qərar yoxdur. Həm xəstəlik keçirmiş, həm də vaksin vurdurmuş şəxslərdə immunitet neçə müddət olacaq bilinmir. Bu müddət 6 ay, 1 il və ömürlük də ola bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay