Koronavirus beyin toxumalarımızı məhv edir - YENİ ARAŞDIRMA
Ötən ildən dünyanı bürüyən koronavirus pandemiyası təkcə ölüm və orqanizmə ciddi ziyan vurmaq riski daşımır, həmçinin beyin toxumalarımızı da ciddi şəkildə zədələyir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada aparılan son tədqiqatlar maraqlı və narahatlıq doğuran məqamları üzə çıxarıb.
Oksford Universitetinin və bir sıra aparıcı ingilis tibb müəssisələrinin apardığı birgə araşdırma zamanı 500-ə yaxın şəxsin koronavirusa yoluxmadan əvvəl və sonra beyin tomoqrafiyası çəkilib və ətraflı tədqiq olunub.
Nəticələr beyin toxumasının xəstəlik səbəbindən ciddi şəkildə itirildiyini göstərir. Əsas zədələnmə baş beyində qoxu və iybilmə funksiyasını təmin edən hissələrə yaxın yerləşən kortikal toxumada baş verir.
Tədqiqatın nəticələri barədə ABŞ-ın Qida və Dərman vasitələri İdarəsinin sabiq rəhbəri (2017-2019), hazırda ən iri qlobal vaksin istehsalçılarından olan Pfizer-in və bir sıra tibbi startap şirkətlərinin Direktorlar Şurasının üzvü doktor Skott Qottlieb həm öz Tvitter səhifəsində, həm də CNBC televiziyasına müsahibəsində ətraflı məlumat verib.
“Kortikal toxumanın azalması məhz beynin iy-qoxu funksiyasına cavabdeh olan hissələrinə yaxın bölgədə baş verir. Bu, uzunmüddətli prosesin sadəcə ilk simptomlarıdır. Siz tədricən iybilmə qabiliyyətinizi bərpa edəcəksiniz, lakin itirilən beyin toxumasını geri qazanmaq mümkün olmayacaqdır.” - doktor Gottlieb bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay