BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14121

Son günlərdə ölkəmizdə koronavirusla bağlı tendensiya müsbətə doğru dəyişməkdədir. Ötən günün statistikası olduqca ürəkaçan və ümidvericidir - 27 nəfər yoluxan, 162 nəfər isə sağalan olub. Göründüyü kimi, sağalanların sayı yoluxanların sayını dəfələrlə ötür ki, bu da karantin rejimində yeni yumşaldılmaların olacağına ümid verir.

Valyuta.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib. 

Deputat bildirib ki, virusun qarşısının alınması ilə bağlı dövlətimiz tərəfindən görülən tədbirlər öz müsbət nəticələrini verir:

"Məlumdur ki, artıq bir sıra sahələrdə yumşaldılmalar həyata keçirilib, pandemiya şərtləri daxilində metronun, idman zallarının, "mall”ların fəaliyyətinə, insanların məscidlərdə namaz qılmasına icazə verilib. Bu yumşaldılmalardan sonra da virusla bağlı müsbət tendensiyanın davam etməsi yeni açılmaların olacağına zəmin yaradır.

Məlumdur ki, hazırda insanların ən çox gözlədiyi xəbər toyların keçirilməsinə icazə verilməsi ilə bağlıdır. Hesab edirəm ki, hazırkı müsbət tendensiya davam edərsə, yaxın zamanlarda toyların da keçirilməsinə icazə verilə bilər. Əlbəttə ki, bu icazə də pandemiya şərtləri daxilində veriləcək”.

A.Həsənova vurğulayıb ki, son zamanlar vaksinasiya prosesində də aktivləşmə var:

"Vaksinasiya tətbiq edildiyi ilk zamanlarda müxtəlf şayiələr insanları vaksinasiya prosesindən çəkindirirdi, lakin sonradan bu şayiələrin əsassız olduğu məlum oldu. Eyni zamanda ölkəmizə müxtəlif növdə vaksinlər gətirildi və insanların vaksin seçimi etməsinə imkan yaradıldı ki, bu da öz növbəsində vaksinasiya prosesinə müsbət təsir göstərdi.

Bu, dövlətimizin vətəndaşların sağlamlığına nə qədər önəm verdiyini göstərir. Düşünürəm ki, insanlar vaksinasiya prosesində daha aktiv iştirak etsə və qaydalara ciddi əməl etsə, qısa zaman ərzində əvvəlki həyatımıza dönə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin