Səhiyyə
17.06.2021 / 11:43
Qapalı məkanda maska nə vaxtdan ləğv ediləcək? - AÇIQLAMA (VİDEO)
14089
"Koronavirusa qarşı aparılan kompleks mübarizə nəticəsində kifayət qədər uğur əldə etmişik. Buna baxmayaraq, biz mübarizəni dayandırmırıq, yoluxmanın sıfıra enməsi üçün əlimizdən gələni edirik".
Valyuta.az xəbər verir ki, bunu "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
"Yəqin ki, bu, əhalinin hansı hissəsinin tam peyvənd olunmasından asılı olacaq. İsraildə bu cür yumşalmalar və yoluxma hallarının stabil azalması əhalinin yarıdan çoxunun peyvəndlənməsi ilə başladı. Bu gün Azərbaycanda rəqəmlər həmin həddə çatmayıb. Yəqin ki, bir neçə ay ərzində bir həmin səviyyə və hədlərə çatacağıq", - deyə baş infeksionist əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay