Səhiyyə
16.06.2021 / 16:27
Tibb işçiləri üçün əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır
14039
“Tibb işçilərinin daha da yüksək əməkhaqqı alması üçün yollar axtarılır. Hazırda ölkə üzrə tibb işçilərinə ödənilən əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
O qeyd edib ki, layihədə həkimlərin, tibb bacılarının və digər işçilərinə əməkhaqlarının verilməsi qaydalarında da yeniliklər var:
“Bu yeniliklərdə əvvəlki ödəniş verilməsi qaydalarından bir az da yüksək rəqəmlərdir. Bu layihə tətbiq olunacaq. Eyni zamanda tibb işçilərinə ödəniləcək əlavələrdə də artımlar gözlənilir. Bu artım yeni sistemdə xəstəxanaların kateqoriyasına uyğun müəyyənləşir. Müəyyənləşdikdən sonra əmək haqqlarında artımlar müşahidə olunacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay