BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14033

Qan duruldan dərman preparatlarından istifadə edən koronavirus xəstələri xüsusilə yay mövsümündə meyvə, giləmeyvə və tərəvəzlərdən istifadə zamanı ehtiyatlı olmalıdırlar.

Valyuta.az xəbər verir ki, bunu həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

Həkim-infeksionist bildirib ki, qan duruldan dərman vasitələri ilə qan durulaşdırıcı xüsusiyyətə malik meyvələrin, məsələn, albalı, gilas və narın müalicə müddətində birgə istifadəsi məsləhət deyil: 

“Koronavirus infeksiyası qanın laxtalanma prosesinə təsir göstərir. Laborator müayinə zamanı qanın laxtalanmasının normada olmadığı ortaya çıxarsa, xəstəyə mütləq qan durulaşdırıcılar təyin edilir. Yay meyvə-tərəvəzlərlə bol mövsüm olduğu üçün yay meyvələri arasında qan durulaşdırıcı xüsusiyyətə malik olanları da çoxdur. Əslində, meyvə-tərəvəzlər təbii olduğu üçün xəstələrdə ciddi fəsadlar yaratmır, amma qan duruldan dərman vasitələri ilə birgə qəbul olunması məsləhətli deyil. Bundan başqa, şəkərli diabet xəstələri üzüm, şaftalı və ərik kimi qlükoza ilə zəngin meyvələrdən müalicə zamanı davamlı istifadə edərlərsə, qanda şəkərin miqdarı kəskin artar”. 

Onun sözlərinə görə, bu, xəstənin koronavirusdan sağalma müddətini uzadır: 

“Həmçinin digər yanaşı xəstəliyi olanlar da mütləq pəhriz saxlamalıdırlar. Məsələn, qaraciyər xəstələri yağlı qidalardan, böyrək xəstəliyi olanlar duzlu qidalardan, allergik xəstələr isə sitrus meyvələrindən mümkün qədər uzaq durmalıdırlar. Çünki belə qidalardan istifadə xroniki proseslərin kəskinləşməsinə gətirib çıxarır”.

V.Cavadzadənin sözlərinə görə, lazım olan miqdarda meyvə-tərəvəz qəbulu isə immun sisteminin möhkəmlənməsinə və xəstəliyə qarşı dözümlülüyün artmasına səbəb olur: 

“Eyni zamanda, düzgün qidalanma nəticəsində koronavirusdan sağalma müddəti qısalmış olur. Meyvələrin əksəriyyəti qanın laxtalanmasını normal həddə saxlayır. Yəni, yay mövsümündə vitaminlə zəngin qidaların qəbulu orqanizm üçün faydalıdır. Gün ərzində ehtiyac duyulan vitamin qəbulu zamanı orqanizm özü-özünü tənzimləyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin