"Çimərliklərə giriş vaksin pasportu ilə olsun" - Həkimdən TƏKLİF
Ekspertlər bildirir ki, çimərliklər, yəni dəniz koronavirusun yayılmasına xidmət etmir. Belə ki, mütəxəssislərin açıqlamarına görə, duzlu dəniz suyu yoluxduruculuq qabiliyyətinə malik deyil.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan həkim-radioloq Aydın Əliyev çimərliklərə və hovuza girişin pasportla olmasının zəruriliyini bildirib:
"Hovuza buraxılma peyvənd pasportu, ya da immun pasportu ilə olmalıdır. Bu təkcə hovuzlara yox, çimərliklərə də şamil edilməlidir. Çünki burada məsələ təkcə su vasitəsi ilə yoluxmadan getmir. Əsas məsələ insanların yaxın təmasla bir-birini yoluxdura bilməsidir. Yəni adicə geyinib-soyunma otağı belə yoluxma baxımından təhlükəli ola bilər. Artıq elmi surətdə də təsdiq edilib ki, koronavirus ətraf mühitdə çox yaşayan virus deyil. Belə ki, virusun yayılması insandan-insana keçmə yolu ilə olur.
Virusa yoluxan şəxsin koronavirusu istər hovuz, istərsə də dəniz vasitəsilə yayması aktual deyil. Aktual olan məsələ həmin çərçivədə olan şəxslərin bir-birini yoluxdurmasıdır. Hovuzdakı su dezinfeksiya olunduğu üçün yoluxduruculuğa malik deyil".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay