Bu qidalar təhlükə mənbəyidir - Ekspertdən xəbərdarlıq
Təəssüf ki, ölkəmizdə hələ də qeydiyyata alınmayan çox sayda istehsalçı var.
Bu sözləri axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kənd təsərrüfatı dükanlarında açıq şəkildə satılan qida məhsulları barədə danışarkən deyib.
Ekspert bildirib ki, isti hava kimyəvi reaksiyaların getməsi üçün katalizator rolunu oynayır. Belə şəraitdə müəyyən risk qrupuna daxil olan göbələk, balıq, konserv kimi qida məhsulları artıq təhülkəli bir vəziyyətə gəlib çatır:
”Yay aylarında açıq şəkildə satılan qida məsulları çirklənmiş sayılır, insanlar üçün böyük risk yaradır. Hətta yararlılıq müddəti keçməmiş məhsulların belə tez xarabolma və insanı zəhərləmə riski böyükdür. Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməli, üzərində istehsal tarixi, yararlılıq müddəti və istehsalçı firmanın adı olmalıdır. Buna baxmayaraq, hələ də pərakəndə şəkildə, hətta avtomobillərin yükdaşıma yerlərində satılan qida məhsulları regionlarda vəziyyəti daha da ağırlaşdırır. Tarladan və ya fermadan istehlakçının masasına qədər qida zəncirində iştirak edən hər bir fiziki şəxs Qida Təhülkəsizliyi Agentliyində qeydiyyatdan keçməlidir. Təəssüf ki, ölkəmizdə hələ də qeydiyyata alınmayan çox sayda istehsalçı var”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay