Hər iki dozada eyni vaksindən vurulmalıdır - TÖVSİYƏ
“Bu gün ölkəmizdə yalnız bir vaksinin iki dozası vurulur”.
Valyuta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova " COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.
N.Daşdəmirova hər iki dozada eyni vaksindən vurulmasını tövsiyə edib:
“Hələ bunlar klinik sınaqlar mərhələsindədir. İki dozanın fərqli olduğu halda belə müsbət nəticələr əldə olunub. Hətta belə versiyalar var ki, bu zaman immun reaksiya daha güclü olur. Məlumata əsasən, antitellərin səviyyəsi daha çox olur"
Onun sözlərinə görə, bu gün Ümumdünya Səhiyyə Təşkilatı hər iki doza üçün fərqli peyvəndlərin vurulması istiqamətində araşdırmalar aparır:
“Çünki bəzi ölkələrdə iki fərqli peyvənd vurulması ilə müsbət nəticə əldə edilmiş faktlar var. Ümumilikdə isə bu məsələ hələ kliniki sınaq mərhələsindədir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay