BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
13672

İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara "Pfizer” vaksini də vurulmağa başlanılıb.

Bu məqsədlə TƏBİB-in yaydığı açıqlamada qeyd olunub ki, hazırda "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Belə ki, həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.

Elə həmin məlumatda özəl klinikalara vaksin üçün müraciət etmək istəyən vətəndaşların nəzərinə çatdırılıb ki, sözügedən müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq.

Artıq sosial şəbəkələrdə də sözügedən qərar birmənalı qarşılanmayaraq müzakirə edilməyə başlayıb. İstifadəçilərin sözlərinə görə, özəl klinikalara peyvənd üçün müraciət edərkən yoxlanışın pullu olacağını bilməyiblər, bu, onlar üçün "sürpriz" olub. 

Valyuta.az xəbər verir ki, Qafqazinfo.az sözügedən xəstəxanalarla əlaqə saxlayaraq vaksindənöncəki müayinə üçün ödənişlərin qiymətləri ilə maraqlanıb.

Məlum olub ki, Mərkəzi Klinika və Bakı Sağlamlıq Mərkəzində vaksindən öncə vətəndaşdan müayinə üçün ödəniş tələb edilmir. "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da isə müayinələr ödənişlidir. Belə ki, "Leyla Medical Center”də yoxlanış qiyməti 30 manat, "Caspian İnternational Hospital”da isə hər iki dozadan əvvəl 30 manat, yəni ümumilikdə 60 manat ödəniş tələb olunur. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının təqdim etdiyi altı fərqli şəhər nömrəsi ilə əlaqə saxlasaq da, hər bir nömrə eyni qaydada söndürüldüyündən zənglərimizə cavab ala bilmədik. 

Əlavə edək ki, onlayn növbə götürmək istəyən hər bir vətəndaş randevu.its.gov.az portalında özəl klinikanı seçərsə, müəyyən müayinələrin ödənişli olacağı barədə xəbərdarlıqla qarşılaşır. Sözügedən xəbərdarlıqda bildirilir ki, özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssisəsinə müraciət edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin