BAKU Azərbaycan
15°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

TƏBİB fövqəladə hallar naziri Kəmaləddin Heydərovun FHN-in “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşlarının TƏBİB-lə müqavilə əsasında işləməsiylə bağlı mətbuata verdiyi açıqlamaya cavab verib.

Valyuta.Az xəbər verir ki, TƏBİB-in yaydığı açıqlamada bildirilir:

“TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb. Hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz”.

Qeyd edilib ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermələri barədə müraciət ediblər:

“Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb. Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb,  bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib.

Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib. Nazir qeyd edib ki, İmran Ağayev FHN-in işçisi deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir.

Son xəbərlər

“Azərenerji” servis xidmətinə 140 min manat yönəldəcək - TENDER

Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI

Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi

Keçmiş bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Əli Əsədovdan QHT-lərlə bağlı qərar

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır - RƏSMİ

Mərkəzi Bankdan rəqəmsal valyuta ilə bağlı AÇIQLAMA

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

Taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq - “Aqroservis”

DVX 2,5 milyon manatlıq 2 tenderə yekun vurdu – QALİBLƏR AÇIQLANDI

Azərbaycanda qızıl cüzi bahalaşıb

Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər - EKSPERT

Ləğv olunmuş bankların əmanətçilərinə ödənilən kompensasiya AÇIQLANDI

“Aqroservis” 234 min manatlıq tenderin qalibini AÇIQLADI

İnternet provayderlərinin xidmət keyfiyyəti necədir? - SORĞU

Ən sərfəli istehlak (nağd) kredit təklif edən banklar – SİYAHI

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib - RƏQƏMLƏR

Tədris ili uzadıla bilərmi? - AÇIQLAMA

Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini alacaq

Bütün xəbərlər