Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı
"Nazirlər Kabinetinin ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları ilə bağlı müvafiq qərarı ilə bəzi ixtisaslar dəyişib, siyahıya yeniləri əlavə edilib".
Valyuta.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə üç, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.
Onun sözlərinə görə, ali təhsilin bakalavriat səviyyəsi üzrə yeddi yeni ixtisas ("Riyaziyyat və fizika müəllimliyi", "Data analitikası", "Kənd təsərrüfatı texnologiyaları", "Heyvandarlıq", "Qidalanma və diyetologiya", "Proqram təminatı mühəndisliyi" və "Qida texnologiyaları") təsnifata əlavə olunub, eyni zamanda, doqquz ixtisasın adında dəyişiklik edilib.
İ.İsayev bugünkü qərarların təhsil üçün önəmli olduğunu vurğulayıb:
"Bir təhsil pilləsindən digərinə keçid üçün ixtisaslaşmalar nəzərdə tutulur. Bəzi ixtisaslar üzrə bakalavrı bitirən tələbələr magistr təhsilini davam etdirmək üçün uyğun ixtisası tapa bilmirdilər. Lakin qərarla bu artıq həllini tapıb".
***
Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.
Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı", "Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı", "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı", eyni zamanda "Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı" təsdiq edilib.
Sözügedən təsnifatlarla buradan tanış olmaq mümkündür.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay