BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
55868

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.

Valyuta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq qərara alıram:

1. Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" aylar sonra 95 min dolları keçdi

İstanbul yenə silkələndi

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

Bu sahibkara xəbərdarlıq edildi

117 milyon manatdan çox vəsait fərdi hesablarda əks olunmayıb

"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

200 manatlıq şirkət qurdu - 100 mindən çox borcu var

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

“PAŞA Kapital”da növbəti pozuntu - AMB vəzifəli şəxsini yenə cərimələdi

İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

“Azərenerji”yə əlavə 700 milyon maya qoyuldu

Hansı ayda məzuniyyətə çıxmaq daha sərfəlidir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin