BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7774
  • RUB
    1.8994
  • TRY
    0.047
  • GBP
    2.1344
50291

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

DTX-dan Valyuta.az-a verilən xəbərə görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılmışdır.

Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.

Müəyyənləşdirilmişdir ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilmiş, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılmış, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilmişdir.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ötən il büdcə gəlirlərinin 59%-ni vergilər təşkil edib - SİYAHI

Bu şirkətin külli miqdarda vergi borcu var

"Honda" "Nissan"ı almaq üçün icraçı direktorun istefasını gözləyir

“CV Mərtəbə” cərimələndi

Azərbaycandan Nobel mükafatına onlar namizəddir - FOTO

“Azər-İlmə”nin yarım milyon manata yaxın vergi borcu var

Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq

17 və 24 nömrəli avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilib

"Mİ Telecom”un 200 minə yaxın borcu var

"Mİ Telecom”un 200 minə yaxın borcu var

ARDNF İtaliyanın dəmir yolu operatoruna investisiya yatırıb

Ötən il kredit qoyuluşları 29 milyardı keçib

Polşada azərbaycanlı sahibkar itkin düşdü

Əhalinin banklardakı əmanətləri 13% artıb

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi

"Goldman Sachs": Qızılın qiyməti 3100 dollara qədər artıla bilər

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Bu sığorta şirkəti ləğv edildi

Birbank-da sərfəli depozit kampaniyası davam edir: Qazancınızı 11%-dək artırın®

“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

"Legion Financial" 1 milyon manat borca girir

"Azercell" bu şəxslər üçün mobil internetin qiymətini artırdı

MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dan əməliyyat

Bu tarixdən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək

Vətəndaşın bank kartından oğurluq edildi

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi yaxın 3 ildə tamamlanacaq

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

17 milyonluq tenderlərin 13 milyonu bir şirkətə verildi - Rəhbəri də keçmiş işçiləridir

Azərbaycanda cəmi 1 nəfərin yaşadığı kəndlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin