BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8366
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1727
48918

Buğda ununa dair sanitariya norma və qaydaları təsdiqlənib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Buğda ununa dair sanitariya norma və qaydaları buğda ununa dair təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyən edir. Buğda unu bu qaydaların tələblərinə cavab verdiyi təqdirdə onların dövriyyəsinə yol verilir. Bu qaydalar pivə, nişasta və ya qlüten istehsalında və qeyri-qida sənayesində istifadəsi nəzərdə tutulmuş buğda ununa şamil olunmur.

Buğda ununun cavab verməli olduğu tələblərə gəlincə, bu unda kənar qoxu və dad olmamalı, tərkibində kənar maddə olmamalı, özünəməxsus rəngə və görünüşə malik olmalı, kimyəvi xüsusiyyətləri qaydaların müvafiq əlavəsində göstərilən tələblərə uyğun olmalı, tam buğda unu istisna olmaqla, buğda ununun ən az 98%-i 212 mikronluq ələkdən keçməlidir.

Bundan başqa, texnoloji məqsədlərə nail olmaq üçün buğda ununa buğda, çovdar və ya arpadan hazırlanmış, ferment aktivliyi yüksək olan cücərmiş taxıl dəni unu və ya cücərmiş taxıl dənindən hazırlanmış digər məhsullar, təbii buğda qlüteni, soya unu, paxlalılardan hazırlanmış un və fermentlər ("Aspergillus oryzae" mikroorqanizmindən əldə olunan göbələk amilazası və proteolitik fermentlər) əlavə edilə bilər.

Buğda ununun istehsalı və dövriyyəsi "Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar"a uyğun həyata keçirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qırğızıstan uran yataqlarının işlənməsinə qoyulan qadağanı götürdü

"Diamond Motors" yanğın təhlükəsizliyi qaydalarını pozub?

"Apple" və "OpenAI" arasında müqavilənin təfərrüatları məlum oldu

Alimlər BRİKS çərçivəsində hesablaşmalar üçün valyuta vahidi hazırlamağa başladı

DSX ötən il geyim aldığı şirkətdən bu il it yemi alır

"Samsung" elektrik enerjisi sərf etməyən displey təqdim etdi

Özbəkistan bankı Rusiya ilə valyuta əməliyyatlarını dayandırdı

Deputatın şirkəti ticarət qaydalarını pozub?

"iPhone" hətta tamamilə bitmiş batareya ilə də qismən işləyə biləcək

ABŞ Rusiyanın qaz sektorunu vurdu: Novatekdən Qazpromun törəməsinə qədər

"Arazplast"a protokol tərtib edilib

Apple tərəfindən elan edilən “ağıllı” Siri gələn il də iPhone-da olmayacaq

Dövlət qurumu ilə şirkət arasında podrat müqaviləsinə dair mübahisə

Moskva birjasına qarşı sanksiyaların nəticələri məlum oldu

"Xırdalan Tibb Mərkəzi" məhkəmə qarşısında

Bayram günlərində Bakı-Ağstafa marşrutu üzrə əlavə 12 qatar reysi təyin edilib

"Bona Dea" Hospitalından maddi ziyan tələbi

Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb

Sertifikasiya sualları standartlara uyğun deyil və ya onlar müəllimliyə necə qəbul olunublar?

Çin ABŞ-dan Rusiya ilə əlaqələrə görə sanksiyaları dayandırmağı tələb etdi

Türk lirəsi artıq ucuzlaşmır - MƏZƏNNƏ

Saray qəsəbəsində vətəndaşlara satmaq öhdəliyi ilə yeni kirayə mənzillər təklif olunacaq

Təhsil tələbə krediti alanların sayı açıqlanıb

Bayram günlərinin havası açıqlanıb

Əhalinin adambaşına düşən xərci 348,1 manat olub – Ən çox pulu nəyə xərcləyirik?

Kapital Bank-ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirildi ®

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Nazirdən yeni təyinat (FOTO)

Azərbaycandan xaricə turist axını 28% artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin