DİN-in taksi sərnişinlərinin sığortasına dair məlumatları əldə etməsi qaydası müəyyənləşib
Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydasına dəyişiklik edilib.
Valyuta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığortalar haqqında” qanun ilə müəyyən edilmiş məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən həmin qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə ediləcək.
Nazirlər Kabineti “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda da dəyişiklik edilib. Qərara əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya münasibətdə “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay