BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
39040

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.

Valyuta.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.

17.33

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.

Valyuta.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.

Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib.

Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.

Dövlət başçısı və birinci xanım həmçinin Xocavənd rayonunun Şıx Dursun kəndində olublar. İlham Əliyev və Mehriban Əliyeva kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.

Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.

15.55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.

Valyuta.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin