BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Prezident İlham Əliyev İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Valyuta.az xəbər verir ki, Sərəncamla İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 12 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə bu Sərəncamda göstərilən magistral su kəmərinin bərpasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər