Rəsmi
31.08.2023 / 11:47
Prezidentin köməkçisi: “Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər”
32182
“Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var. Bu yol daha səmərəli yoldur”.
“Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var:
“Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay