Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək
Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək.
Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev Əlicançay su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.
Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikilməsi qərara alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay