Rəsmi
22.05.2023 / 15:49
Prezident generalı işdən çıxarıb, yeni müavin təyin edib
28706
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.
Bu barədə Valyuta.az-a Dövlət Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin 20 may 2023-cü il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.
Azərbaycan Respublikasının Prezidentinin digər Sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub. A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay