Vəzifəsindən azad edilən general Arzu Rəhimov kimdir? (DOSYE)
Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı sərəncamı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzalayıb.
Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. 1986-1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.
1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək qalxıb. 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb.
2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.
2010-cu ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 813 saylı Sərəncamına əsasən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Dövlət başçısının 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub. Prezidentin 1 mart 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.
Azərbaycan və rus dillərini mükəmməl bilir. Ailəlidir, iki övladı var. Xidmət etdiyi dövrdə 20-dən artıq dövlət mükafatı və medallarla təltif olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay