Prezidentdən Əli Həsənov, Cavanşir Paşazadə və Aqil Abbasla bağlı sərəncam
Əli Şamil oğlu Həsənov "Şərəf” ordeni ilə təltif edilib.
Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf” ordeni ilə təltif olunub.
Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Dünən onun 75 yaşı tamam olub.
Prezident digər sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadəni "Şərəf” ordeni ilə təltif edib.
Milli Məclisin deputatı olan Cavanşir Paşazadənin sabah 70 yaşı tamam olur.
İlham Əliyev həmçinin Aqil Məhəmməd oğlu Abbasovu (Aqil Abbas) 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Aqil Abbasın aprelin 1-də 70 yaşı tamam olub.
Dövlət başçısı digər bir sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanovu 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Qeyd edək ki, Novruzəli Aslanov üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay