Prezident yeni Agentlik yaratdı, Zaur Mikayılovu sədr təyin etdi - FOTO
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.
Valyuta.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Prezidentin digər sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.
Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.
2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.
Daha sonra Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub.
"Bravo" supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy" MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq"in strukturuna daxildir.
2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay