Rəsmi
16.11.2022 / 17:15
Kino Agentliyinin Nizamnaməsi təsdiqləndi, nizamnamə fondu 100 min manat oldu
25247
Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Valyuta.az xəbər verir ki, fərmanla “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay