Rəsmi
18.10.2022 / 16:16
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı (FƏRMAN)
24687
Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib.
Valyuta.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb.
Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay