BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
24294

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub.

Valyuta.az xəbər verir ki, bunlar indiyə qədər ASCO-nun Hüquq departamentinin rəisi işləyən Zaur Nağıyev, eləcə də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi olan Tariyel Mirzəyevdir.

Z.Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini "Hüquqşünaslıq” ixtisası üzə bakalavr, 2006-cı ildə magistr təhsilini Fərqlənmə diplomu ilə bitirib. 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi "Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

2005-2008, 2009-2013 illərdə Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı təşkilatlarında (UNHCR, WFP və UNICEF) hüquq və idarəetmə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən xarici missiyalarda çalışıb.

2008-2009 və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və sonradan vitse-prezidentin müşaviri vəzifələrində işləyib. 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.

Zaur Nağıyev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb. 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

T.Mirzəyev isə 1986-cı ildə anadan olub.

O, 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini Prezident təqaüdçüsü kimi və Fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında "Biznesin təşkili və idarə olunması” ixtisasını və 2017-2019-cu illərdə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi "Biznesin idarəedilməsi” ixtisasını Fərqlənmə diplomları ilə bitirərək magistr dərəcəsi alıb.

T.Mirzəyev 2020-2021-ci illərdə Okford Universitetinin "Strategy and İnnovation” proqramını bitirib. 2010-2014-cü illərdə "Ernst&Young” şirkətinin Azərbaycan filialında audit və məsləhətçi xidmətlərində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib. 2018-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Tariyel Mirzəyev İkinci "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir övladı var.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin