Rəsmi
09.09.2022 / 11:13
Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir
24006
Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.
Görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.
Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.
Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay