Rəsmi
28.07.2022 / 17:27
Prezident sərəncam imzaladı: Yaqub Eyyubovu Mikayıl Cabbarov əvəzlədi
23281
Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib.
Valyuta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb və onun yerinə Azərbaycanın iqtisadiyyat naziri əlavə edilib.
Həmçinin iqtisadiyyat nazirinin müavini də komissiyanın tərkibindən çıxarılıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərəcək.
Onu da qeyd edək ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay