Prezidentin yüksək vəzifə və rütbə verdiyi İlqar Abbasov kimdir? - DOSYE
Xəbər verildiyi kimi, İlqar Rza oğlu Abbasovu Azərbaycan Prezidenti İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis təyin edib. Dövlət başçısının digər sərəncamı ilə İlqar Abbasova general-mayor ali hərbi rütbəsi verilib.
Qaynarinfo-nun məlumatına görə, Naxçıvan şəhərində anadan olmuş 49 yaşlı İlqar Abbasov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib.
Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İlqar Abbasov baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib.
2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İlqar Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.
26 aprel 2017-ci ildə sabiq Baş prokuror Zakir Qaralov müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin olunub.
26 aprel 2022-ci ildə Baş prokuror Kamran Əliyev müvafiq əmri ilə Bakı şəhər prokuroru vəzifəsindən azad edilib.
İlqar Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay