Dörd qurumun Müşahidə Şurasının tərkibində dəyişiklik edildi (SƏRƏNCAM)
“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Dövlət başçısının imzaladığı yeni sərəncama əsasən, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin (İH) üzvü, Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Rövşən Nəcəf Şuranın sədri vəzifəsindən azad edilib, onun yerinə AİH-in İH-nin sədri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev təyin olunub.
Bundan başqa, Şuranın üzvü olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi Elçin Ağakişiyev və ƏMDX-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru İlham Pənahov vəzifələrindən azad edilib, onların yerinə İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri Səməd Bəşirli və AİH-in Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılov təyin olunublar.
Prezident “Bakı Metropoliteni" QSC-nin (ASCO) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında da dəyişiklik edib. Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Günel Cavadova ilə əvəz olunub.
Dövlət başçısı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib. Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Anar Novruzovla əvəz olunub.
İlham Əliyev həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli sərəncamında da dəyişiklik edib. Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Xəyyam Məmmədovla əvəz olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay