Dövlət xidmətlərinin göstərilməsinə dair vahid qanunvericilik olacaq
Azərbaycanda dövlət xidmətlərinin təşkili prinsiplərini və qaydasını tənzimləyən, dövlət orqanları (qurumları) tərəfindən xidmətlərin göstərilməsinə dair tələbləri müəyyən edən vahid qanunun qəbul edilməsi planlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası dövlət qurumlarına həvalə olunub.
Dövlət xidmətlərinin təşkili qaydalarına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin toplanılması Qeyd edilən normativ hüquqi akt layihələrinin hazırlanması Dövlət xidmətlərinin təşkili qaydalarını tənzimləyən normativ hüquqi aktların qəbul edilməsi nəzərdə tutulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay