BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
20441

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu məmnunluqla xatırlayıb, bu münasibətlə Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən ona ünvanlanmış səmimi məktubu xüsusilə qeyd etdi və özünün də Böyük Britaniyanın Baş nazirinə diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə səmimi məktub göndərdiyini deyib.

Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında qarşılıqlı inam və etimadın olduğunu qeyd edib.

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkə olduğunu bildirib, iqtisadi, ticarət əlaqələrinin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini xüsusilə vurğulayıb.

Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson diplomatik münasibətlərimizin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini məmnunluqla vurğulayıb və bu münasibətlə Böyük Britaniya Baş nazirinin dövlətimizin başçısına ünvanlandığı məktuba diqqət çəkib.

Baronessa Emma Nikolson iqtisadi, ticarət, enerji sahələrində ölkələrimiz arasında əməkdaşlıq və bu xüsusda BP-nin Azərbaycandakı fəaliyyəti və onun genişləndirilməsi, BP ilə ölkəmizin bərpa olunan enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə toxunub.

İşğal dövründə ermənilərin şəhər və kəndlərimizdəki tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqlarını, torpaqlarımızda vandallıq əməlləri törətdiklərini deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi barədə məlumat verib. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, yollar, elektrik enerjisi, minalardan təmizləmə istiqamətində intensiv fəaliyyətin aparıldığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin enerji siyasətində bərpaolunan enerjiyə xüsusi əhəmiyyət verildiyini, artıq bir çox xarici şirkətlərlə bu sahədə əməkdaşlığın qurulduğunu deyərək BP ilə də enerji sahəsindəki ənənəvi əməkdaşlığa əsaslanaraq bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı, ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olunub.

10.48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

"Bitcoin" dəyərlənir - Günün kriptovalyuta göstəriciləri

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır - SƏHƏR OXUSU

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin