BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
12386

Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ)  ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub. 

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3  faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir. 

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Keçid balları qaldırılır? (VİDEO)

“Günay Sığorta” kreditorlarına müraciət edib

Buraxılış imtahanlarına asan suallar salınır?

AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb

Yenidən qurulan Qarabağdan son görüntülər (VİDEO)

7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi

Kirayə evə görə vergini kim ödəməlidir?

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Türkiyə Mərkəzi Bankının sədri ilin ikinci yarısından inflyasiyanın azalacağını vəd edib

Birjalarda yatırım edən şəxslərin ən çox etdiyi səhvlər

Avro və lirə bahalaşıb – Məzənnə

Azərbaycan neftinin qiyməti 91 dollara düşüb

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik (VİDEO)

Bakının bu ərazisində söküntü: Bina tikiləcək (VİDEO)

Əhali sayına görə Çini geridə qoydular

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarıldı (FOTO)

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin