Gömrük Komitəsinin qarşısında etiraz aksiyası <span style="color: #ff0000;">- FOTO / VİDEO</span>

Redaktor

10.03.2021 17:17
2,095

Gömrük Komitəsinin qarşısında etiraz aksiyası - FOTO / VİDEO

Gömrük Komitəsinin qanunsuz əməllərindən cana doyan sahibkarlar qurumun qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyada iştirak edən çox sayda sahibkar Gömrük Komitəsinin onların fəaliyyətinə yaratdığı süni probleemlərin aradan qaldırılmasını, qanunlara əməl olunmasını tələb ediblər.

Sahibkarlar ötən ilin sentyabr ayından sonra Gömrük Komitəsinin onların başına oyun açdığını, problemlərini həll etmək üçün qurumun heç bir rəsmi nümayəndəsi ilə görüşə bilmədiklərini deyiblər.

Aksiyada iştirak edən “Ais” MMC-nin nümayəndəsi Faiq Bayramov bildirib ki, Gömrük Komitəsi qanunsuz şəkildə sahibkarlardan əlavə dövlət rüsumu alır və bu zaman heç bir etiraza məhəl qoyulmur:

“Ölkəyə qida əlavələri idxalı ilə məşğul oluruq və hər kəs vergi ödəyicisidir. Gətirdiyimiz hər bir məhsulun dövlət rüsumundan əlavə, vergisini də ödəyirik. 2020-ci ilin sentyabr ayından etibarən, qanunvericilikdə müvafiq dəyişiklik olmadığı halda, Gömrük Komitəsi “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndini pozaraq, qanunun 2,3 və 5-ci bəndlərinə istinadən dövlət rüsumu yığımı edib.

Müharibə şəraiti olduğuna görə sahibkarlar bu vəziyyətə etiraz etmədilər. Lakin yanvar ayından bizimlə heç bir görüş keçirilmir və qanunun tələblərinə əməl olunmur”.

“Ais” MMC-nin direktoru isə Gömrük Komitəsinin qanunsuz əməlləri ucbatından işçilərinin maaşını verə bilmədiyini və külli miqdarda borcunun yarandığını vurğulayıb:

“Ukraynadan realizasiya mal alıram. Mal ölkəyə gəlir və satılmamış invoys dəyəri 7 dəfə qaldırılır. Hazırda üç aydır ki, işçilərə maaş verə bilmirəm. “Paşa Bank”a 250 min manata yaxın, “RabitəBank”a 20 min manat borcum var, heç birini ödəyə bilmirəm.

Mart ayının sonunda pensiya fonduna vergi ödəməliyəm. Ancaq 7-8 min manatım da yoxdur ki, o ödənişi edim. Mövcud qanunsuzluqla bağlı Gömrük Komitəsinin şöbə müdiri ilə danışmaq mümkün deyil. Çünki sərf eləmir, telefonu açmır.

Bizim istəyimiz odur ki, mal gətirməyimiz üçün bizə imkan yaradılsın. Sahibkarları boğmaqla, heç bir inkişafa nail olmaq mümkün deyil. Hazırda Gömrük Komitəsində 90-ci illərin reket qaydaları hökm sürür”.

Digər sahibkar – “Fitolek Azeerbaijan” MMC-nin rəhbəri Elşad İsmayılov isə qeyd edib ki, Gömrük Komitəsi qanunları kobud şəkildə pozmaqla məşğuldur:

“Ötən il noyabrın 27-dən etibarən, Polşadan idxal etdiyim məhsul gömrükdə saxlanılıb. Bununla bağlı bütün dövlət orqanlarına müraciət olunsa da, sadəcə, yola verilib.

Gömrükdə hesablama sistemi yoxdur və məhsulun qiymətinin necə hesablanması barədə heç bir məlumat verilmir. Problemin həlli üçün quruma müraciət etsək də, “həll ediləcək”, – deyərək laqeyd yanaşılır”.

Əraziyə gələn Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov media işçilərinə və şikayətçi sahibkarlara açıqlama verərək bildirib ki, Komitənin qanunsuz əməllərlə məşğul olması ilə bağlı ittihamlar əsassızdır:

“Gömrük orqanlarının apardığı araşdırmalara görə, sözügedən qida əlavələri gətirilən və gömrükdə bəyan olunan qiymətdən fərqli olaraq, apteklərdə dəfələrlə baha qiymətə satılır.

Gömrük orqanları bu qiymətlərlə razılaşmır. Əgər bununla bağlı hansısa sahibkarın şikayəti varsa, məhkəmə orqanlarına müraciət edə bilər. Biz bütün sahibkarları qəbul edəcəyik və müəyyən araşdırmalar aparacağıq.

Gömrük Komitəsinin sahibkarlardan əlavə vəsait tələb etməsi ilə bağlı yayılan informasiyaları isə anlamaq olmur. Əlavə vəsait deyiləndə, nəyi nəzərdə tuturlar? Hətta bəziləri bunu rüşvət kimi təqdim edir. Əgər sahibkar malın dəyərinə görə ödədiyi rüsumu banka ödəyib qəbzini alırsa, hansı rüşvətdən söhbət gedə bilər”. //Yenicag.az

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...