BAKU Azərbaycan
30.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

“Bank BTB” 2019-cu ilin sonunda əldə etdiyi 12 milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bank yığılmış zərərini mənfəətə keçirə bilməsi üçün illik xalis mənfəətini artırmalı və balans maddəsində bölüşdürülməmiş mənfəətinə əlavə etməlidir. Daha sonra səhmdarların toplantısında  bölüşdürülməmiş mənfəət yığılmış zərərdən çıxılmalı və bununla da bankın yığılmış zərəri mənfəətlə əvəz olunmalıdır.

Valyuta.Az xəbər verir ki, bank 2020-ci ilin sonunda 9 milyon 130 min manat xalis zərər əldə edib. Buna görə də “Bank BTB”nin yığılmış zərəri daha da artıb. 

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında vəzifədən ayrılan Ramiz Mehdiyevə məxsus bank sabiq aparat rəhbərinin vəzifədə olduğu dönəmdə xalis mənfəət əldə edir, bununla da kapitalını artırırdı. 2020-ci ildən sonra isə bankın xalis mənfəəti azalıb və daha sonra zərərlə əvəz olunub.

Cədvəldən də göründüyü kimi Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 9 milyon 130 min manatlıq zərərə düşüb.
Bankın illərdir yığılmış zərəri isə 2020-ci ilin sonunda daha da artıb. Aşağıda qeyd olunan cədvəldə “Bank BTB”-nin illər üzrə yığılmış zərərini görəcəksiniz:

Mənfəət vergisini ödəməyən bankın xalis zərəri 9 milyon 130 min manatdan daha da çox olacaq.

Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb. Rza Sadiq isə bankda Müşahidə Şurasının sədridir.
 

Son xəbərlər

Finlandiya gömrüyü 64 milyon avroluq bitkoini satışa çıxarır

Ukrayna Türkiyədəki yanğınla mübarizə üçün iki təyyarə göndərib

Xidmət rəisi: "Sonsuzadək cərimələnmə çarə deyil"

Fərdi kompüterlərin qlobal tədarükü 15 faiz artıb

“Azəralüminium” ixrac gəlirlərini 44 faiz artırıb

Kənan Quluzadə: "İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır"

Məişət tullantıları sahəsində köklü dəyişikliklərə ehtiyac var - Hikmət Əlizadə

Vətən müharibəsinin 1053 qazisinə əlillik təyin edilib

Azərbaycandan I yarımildə nə qədər polidor ixrac edilib? - “İxrac icmalı”

Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb

İstanbulda meşə sahələrinə giriş qadağan edildi

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Azərbaycan mehmanxanalarında gecələyənlərin sayı kəskin artıb

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

“Tibbi tullantıların daşınması ilə bağlı ciddi problemlər var” – TƏBİB

Vətəndaşla təcili tibbi yardım briqadası arasında qalmaqala RƏSMİ MÜNASİBƏT

“Hepatit B” və “Hepatit C” xəstəliklərinə yoluxma halları artır - Yaqut Qarayeva

Xaricə ən çox məhsul satan özəl şirkətlər hansılardır? – SİYAHI (FOTO)

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Bütün xəbərlər
-->