Bu şəxslərin kredit borcları silinəcək
Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev bildirib.
"Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək", - deyə Z.Nuriyev əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay