BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
31969

Aparılan araşdırmalar göstərir ki, Azərbaycandakı kommersiya banklarının verdiyi kreditlərin yenə 80 faizə qədəri Bakının payına düşür. Bu mənada  regionlarda kreditlər hələ də əlçatan hesab edilmir. Regionlarda, xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Bundan başqa, ölkədə  istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur. Bu il iyunun 1-nə ölkədə istehlak və ipoteka kreditləri portfeli doqquz milyard manatdan çox olub. 

İstehlak kreditlərinin artımında kredit kartlarının da rolu az deyil. Mərkəzi Bankın açıqlamasına görə, ilk yarımilin sonunda Azərbaycanda kredit kartlarının sayı ilk dəfə 2 milyon ədədi ötüb. Hesabat dövründə onların sayı 2 milyon 20 min kart təşkil edib. Bu, həm də Azərbaycanda indiyədək qeydə alınan ən yüksək göstəricidir. Səkkiz il öncəki devalvasiyayadək Azərbaycanda kredit kartlarının sayında artım gözə çarpırdı. 2014-cü ilin sonunda ölkədə 1.3 milyon kredit kartı olub. 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən problemlər ən çox bank sektoruna ziyan vurmuşdu. Həmin dövrdən bəri iqtisadi göstəricilərin pisləşməsi satışı azaltmışdı. Digər tərəfdən, bir neçə bankın bağlanması da ölkədə kredit kartlarının sayını azaltmışdı. Beləcə, 2015-ci ilin sonunda Azərbaycanda cəmi 631 min kredit kartı olub. Bu, bir ilə iki dəfədən çox azalma demək idi. 2020-ci ildə ölkədə kredit kartlarının sayı yenidən 1 milyon ədədi ötdü. Bu dövrdən başlayaraq, Azərbaycanda kredit kartlarının sayında artım müşahidə edilib və son üç ildə kredit kartlarının sayı təxminən 1 milyon ədəd çoxalıb. İnflyasiya üzündən bir çox məhsulun bahalaşması və məhsulun dəyərini aylara bölməklə ödəmək imkanı, eləcə də ölkədə nağdsız ödənişlərin genişlənməsi, bankların onlayn kredit imkanları ölkədə kredit kartlarının sayını artıran əsas səbəblər hesab olunur. Kredit kartlarının sayı ilə yanaşı, vətəndaşların banklara borcu da artmaqdadır. Bu ilin əvvəlində Azərbaycanda əhalinin banklara toplam borcu 5 milyard 754 milyon manat oub. İlk yarımildə bu rəqəm 6 milyard 325 milyon manata yüksəlib, yəni 571 milyon manat və ya 10 faiz artıb. İpoteka kreditləri də diqqətə alınsa, hazırda əhalinin hər nəfərinə düşən bank kreditinin məbləği təxminən 950 manatdır. Ötən ilin eyni dövründə bu rəqəm ortalama 785 manat civarındaydı.Əhali ilə yanaşı, şirkətlərin də banklara borcu artıb. 2023-cü il başlayarkən, ölkədə biznes kreditləri portfeli 10 milyard 885 milyon manat idi. Altı ay içində bu rəqəm 11 milyard 650 milyon manata yüksəlib. Başqa deyimlə, şirkətlərin banklara olan borcu 765 milyon manat və ya 7 faiz artıb. Bununla yanaşı, “Azadlıq” radiosunun məlumatına əsasən, kredit satışının artması bankların faizlərdən əldə etdiyi gəliri də yüksəldib. İlk yarımildə Azərbaycan bankları verdiyi kreditlərə görə toplam 1 milyard 235 milyon manat faiz gəliri götürüb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 36 milyon manat idi. Deməli, ötən illə müqayisədə banklar faizlərdən 200 milyon manat daha çox gəlir qazanıb. Bütün gəlir və xərclər nəzərə alındıqdan sonra, 2023-cü ilin ilk altı ayında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 563 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 163 milyon manat və ya 40 faiz daha çox qazanc deməkdir.

Mərkəzi Bankın açıqladığı göstəricilərdən bəlli olur ki, əhalinin banklarda saxladığı vəsait banklardan alınan kreditlərlə müqayisədə daha az artıb. Bu ilin ilk yarısının sonuna Azərbaycan banklarında fiziki şəxslərin müddətli depozitlərinin həcmi 6 milyard 595 milyon manat olub. İlin əvvəlində bu rəqəm 6 milyard 204 milyon manat idi. Bu baxımdan, il ərzində əhalinin banklardakı müddətli depozitlərinin həcmi 391 milyon manat və ya 6 faiz artıb. Tələbli depozitlərin həcmindəki artım daha yüksəkdir. Tələbli depozitlər müştərilərin bank hesablarında saxladığı vəsaitdir. Bu vəsaitin çoxalmasına əsas səbəb yığımlardan daha çox, bank kartlarının sayca artmasıdır. Başqa sözlə, öncələr nağd olaraq saxlanılan vəsait artıq kartlarda saxlanmağa başlanıb. Bu ilin ilk altı ayının sonunda müştərilərin tələbli depozitlərinin həcmi 5 milyard 877 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 600 milyon manatlıq  və ya 11 faiz artım deməkdir. Fiziki şəxslərin depozitlərinin təxminən 37 faizi xarici, 63 faizi yerli valyutada saxlanılır. Rusiya-Ukrayna müharibəsi başlanandan – ötən ilin fevralından bəri qeyri-rezidentlərin - xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin həcmində də artım qeydə alınır. Müharibə başlanmadan öncə - 2022-ci il yanvarın sonunda əcnəbilərin Azərbaycan banklarında cəmi 294 milyon manat vəsaiti olub. Sonrakı aylarda bu vəsait ardıcıl artdı və ilin sonunda 1 milyard 174 milyon manata çatdı. Artım bu il də davam edir. İlk yarımilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi artıq 1 milyard 325 milyon manata çatıb. Bu, ilin əvvəlindən bəri 150 milyon manat və ya 13 faiz artım deməkdir. Bank sektorunda bir məqam da diqqət çəkir. Söhbət nağdsız ödənişlərin həcmindəki kəskin artımın bu ilin ilk yarısında da davam etməsindən gedir. Rəsmi rəqəmlərə görə, ilk yarımildə kartlarla 3.6 milyard manatlıq nağdsız əməliyyat gerçəkləşib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 1.8 dəfə artım anlamına gəlir. Həmin artım hesabına kart əməliyyatlarının strukturunda nağdsız əməliyyatların həcmi nağd əməliyyatların həcmini ötüb. İyun ayında bank kartları vasitəsi ilə aparılan əməliyyatların 53 faizi nağdsız əməliyyatların payına düşüb, vəsaitlərin 47 faizi isə nağdlaşdırılıb. Amma bunlar fonunda daha bir problem problemli kreditlərin də artımıdır. Bu il iyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,4 faiz artaraq 502.3 milyon manata yüksəlib.düzdür, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 15,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,1 faiz azalıb. Amma iyunda qeydə alınan artım ciddi narahatlıq doğurur. Hesab olunur ki, bunun səbəbləri araşdırılmalı, preventiv tədbirlər görülməlidir.

Baki-xeber.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin