BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğluna məxsus şirkət məhkəməlik olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində 2009-cu ildə “Delfin” MMC-nin mülkiyyətinə verilmiş və Yevlax şəhərində yerləşən 2 ha torpaq sahəsi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılıb.

Zərifə Səfərova ərizə təqdim edərək həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş mülkiyyət üzərində hüquqlarının bərpa edilməsini tələb edib.

O bildirib ki, həyat yoldaşı 2009-cu ildə ondan xəbərsiz və rəsmi icazəsi olmadan milyonlarla manat dəyəri olan mülkiyyəti qanunsuz olaraq Elmir Vəliyevin təsisçisi olduğu “Delfin” MMC-nin adına keçirib: “Həyat yoldaşım Mətləb Səfərovla birgə nikah dövründə əldə edilmiş əmlak həmin vaxt Yevlaxın icra başçısı olan Elmar Vəliyevin təzyiqi ilə həyat yoldaşım tərəfindən alq-satqı müqaviləsi əsasında qanunsuz şəkildə “Delfin” MMC-nin adına keçirilib. Həmin alqı-satqıdan bu ilədək mənim məlumatım olmayıb və əmlakın satılması ilə bağlı hər hansı razılığım olmayıb. Sonradan alqı-satqı müqaviləsi ilə tanış olduqda 2 ha torpaq sahəsinin 2500 manata satılması məlum oldu. Əslində isə Yevlax şəhəri ərazisində 2 hektar torpaq sahəsinin real bazar və satış dəyərinin 2500 manat olması ağlabatan deyil. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi və ya girova qoyulması ehtimalı olduğundan, gələcəkdə iddianın təmini baxımından çətinliklər yarana biləcəyindən mülkiyyət üzərinə həbsin qoyulması zəruridir”.

Hakim Aytən Novruzovanın sədrliyi ilə keçirilən iclasda Z.Səfərovanın müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilib. “Delfin” MMC-yə torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilib.

Z.Səfərovanın qeyd edilən torpaq sahəsi üzrə mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı mülki iddiasına isə iyunun 20-də baxılacaq.

Qeyd edək ki, “Delfin” MMC-nin rəhbəri Elmir Vəliyev Yevlax RİH-in sabiq başçısı, sonradan Gəncə ŞİH-in başçısı olmuş Elmar Vəliyevin oğludur.
 

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər