BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
28864

Azərbaycanın böyük tikinti şirkətlərindən biri olan “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin (VÖEN – 1000085511) səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib.

Yeniavaz.com xəbər verir ki, daha əvvəl 25 iyun 2023-cü il tarixdə saat 11:00-a təyin edilən ümumi yığıncağın vaxtı saat 18:00-a keçirilib.

Bildirilib ki, bütün səhmdarların qeyd olunan vaxtda Yasamal rayonu, Qurban Xəlilov 8 ünvanına (Nərimanov heykəlinin arxası) gəlməsi vacibdir.

Qeyd edək ki, “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC keçmiş "Azərkörpü" şirkətinin bazasında yaradılıb və 30.04.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 min 290 manat olan ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl oğludur.
ASC-nin açıqladığı sonuncu hesabatda səhmlərin 51,2%-nin İsmiyev İsmayıl Əfəndi oğluna məxsus olduğu bildirilir.

Digər səhmdarların kim olduğu açıqlanmır.

Lakin, daha əvvəl mətbuatda yayılan sənədlərdə “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.

ASC-nin ümumi yığıncağında səhmdarların nəyi müzakirə edəcəkləri açıqlanmayıb. Ancaq, qeyd edək ki, hazırda şirkətin dövlət büdcəsinə 2 milyon 91 min 750 manat 61 qəpik vergi borcu var.

Onu da bildirək ki, baş nazirin sabiq mavininin ailə üzvləri həm Azərbaycanda, həm də xarici ölkələrdə bir-çox şirkətlərin sahibidirlər.

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudov ötən ilin fevral ayının 14 –də İngiltərənin paytaxtında “Durweston Street, London, W1H 1PG” ünvanında “Londoncapsule Limited” adlı şirkət qeydiyyatdan keçirib. Nicat Mahmudov eyni zamanda 2017-ci ildə təsis olunan “Abeona Global Limited” şirkətinə də rəhbərlik edir. Nicat Mahmudov həm də 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovu qızı – Təranə Mahmudova isə hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktorudur. Abid Şərifovun qızı 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-lərin də direktoru olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin