Dollardan imtina təşəbbüsü: Bahalı və təhlükəli
Bunu arzu edən hər kəsi acı bir aqibət gözləyir
Siyasi aləm Prezident Co Baydenin G7, sonra NATO liderləri və nəhayət, Prezident Vladimir Putinlə görüşləri ilə məşğul olarkən, maliyyəçilər tamamilə fərqli nəsnələrlə maraqlanırdılar. ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazarlar Komitəsi (FRS) pul siyasəti ilə bağlı qərar verdi. Faiz dərəcsi eyni səviyyədə – sıfıra yaxın qaldı. Ancaq tamamilə fərqli bir qərar maliyyəçilər üçün olduqca gözlənilməz oldu.
Komitə üzvlərinin əksəriyyəti faiz dərəcələrinin artımlarının planlaşdırıldığı kimi 2024-cü ildə deyil, 2023-cü ildə başlaması lazım olduğu fikrini dilə gətirdilər. Üstəlik, əksəriyyət dərəcənin iki dəfə artırılmalı olduğuna inandı.
Səbəb olduqca aydındır – Amerika iqtisadiyyatının sürətlə bərpası. FRS-in bu il Amerika iqtisadiyyatının böyüməsi ilə bağlı proqnozu yüzdə 6,5-dən yüzdə 7-yə qalxmasına yenidən baxıldı. İstehlakçı inflyasiyasının proqnozu da artıb – mart ayında yüzdə 2,2-dən yüzdə 3-ə. Bundan əlavə, yığıncaqdan sonra FRS rəhbəri Cerom Pauell Komitə üzvlərinin xəzinə, ipoteka və korporativ istiqrazlar bazarında geri alışların azaldılması mövzusunu müzakirə etməyə başladıqlarını söylədi.
Canlanan nəhəng ABŞ iqtisadiyyatı beynəlxalq ticarət artımının əsas mühərriki olacaq. Üstəlik, Amerika bazarı həm idxal artımını, həm də ixracat artımını çəkmək iqtidarında olacaq. İdxalatçılar və ixracatçılar hesablamaları nə ilə aparacaqlar? Düzdür – dollarla. Bütün bunlar milli valyutaların lehinə Amerika valyutasından imitina barədə danışanlar üçündür. Son çarə olaraq, onlar avroya keçiddən danışırlar.
Rusiyada bu psevdomaliyyə cəfəngiyyatı xüsusilə federal kanallarda populyardır. Və yüksək rütbəli məmurlar dolların tezliklə çöküşünü bir daha proqnozlaşdırmaqdan çəkinmirlər. Əlbəttə ki, bu əsnada dollar diktatından çıxmaqdan da həvəslə söhbət gedir.
Məsələ burasındadır ki, Amerika qanunlarına görə, maliyyə və ədliyyə nazirlikləri Amerika banklarında müxbir hesabı açan xarici banklardan həm şirkətlər, həm də müştərilər haqqında hər hansı bir məlumat tələb edə bilər. Buraya ticarət, vergi, bank sirləri və ya şəxsi məlumat kateqoriyası ilə əlaqəli olan məlumatlar da daxildir. Bu, qanunsuz əməliyyatlar – çirkli pulların yuyulması və vergidən yayınma ilə mübarizə məqsədi daşıyan qanunvericilik sisteminin bir hissəsidir.
Söyləmək lazımdır ki, təkcə Rusiyada yox, digər ölkələrdə də bir çox ciddi insan Amerika hökuməti maliyyəçilərinin bu cür tələblərindən daimi narahatçılıq içərisindədir. Rəsmi olaraq, Rusiya və digər xarici ölkə bankları bu cür məlumatların verilməsinə borclu deyil. Amma bu halda həmin banklar ABŞ-dakı müxbir hesablarının bağlanması və dollarla əməliyyatlar aparmaqdan kənarda qalma riski yaşayır. Üstəlik, belə banklar dərhal qlobal miqyasda toksikləşir, çünki onların apardıqları əməliyyatlar başqa bir valyutada olsa da, məlum olur və onların kontragentləri də Amerika maliyyə orqanlarının qara siyahısına düşür.
Sonu olduqca qaranlıqdır
Təsadüfi deyil ki, dövlət bankları da daxil olmaqla, böyük Rusiya bankları, ABŞ Maliyyə Nazirliyinin qara siyahısına düşməmək üçün çox ehtiyatlı davranır və onun fəaliyyətini diqqətlə izləyirlər.
Dolları bir ödəmə vasitəsi olaraq sadə bir şəkildə rədd etməyin bankları hansı vəziyyətə gətirəcəyini və bu addımın asan və sakit bir həyat təmin etmədiyini göstərmək üçün bu nümunəni çəkdik. Amma digərləri də var.
Ümumiyyətlə, Rusiyadakı dollardan imtina və avroya keçidlə bağlı hazırkı maliyyə kampaniyası bir qədər qəribə görünür. Bu yaxınlarda Rusiya Maliyyə Nazirliyinin Xarici Məhdudiyyətlərə Nəzarət Departamentinin direktoru Dmitri Timofeyev Dövlət Dumasında keçirilən bir dinləmədə “İlk hədəfimiz Rusiyanı avrolaşmış, dolların avro ilə əvəzləndiyi bir ölkəyə çevirməkdir” dedi.
Bu, ABŞ-ın gələcək sanksiyalarına hazırlaşma variantlarından biridirsə, boş addımdır. Çünki Rusiyaya qarşı sanksiyaların əksəriyyəti ABŞ və Avropa ölkələri, ilk növbədə Avropa Birliyində (AB) olanlar tərəfindən ortaq şəkildə qəbul edilir. Bu mənada Rusiya üçün avro dollardan heç də yaxşı deyil.
İndi genişlənən dünya ticarəti haqqında
Rusiya ixracatının əsas malları – neft, metal, taxıl – birjalarda müəyyən bir qiymətə malikdir. Qaz tədarükündə də belə mübadilə komponentinin payı artır. Birjalarda dollarla ticarət edirlər. Birincisi, birjaların əksəriyyəti ABŞ-da yerləşir, lakin bu, əsas amil deyil. İkincisi, sırf texniki və mühasibat baxımından qiymətləri müəyyənləşdirmək üçün bir valyutada – dollarla hesablamalar aparmaq rahatdır. Bu, dollardan imtina etməyin mənasız olmasının obyektiv və əsas amilidir.
Yalnız avro və ya digər valyutalarda edilən hərəkətlərdən maliyyə itkiləri var. Rus firmalarının xərcləri rublladır, hesabat verirlər və vergiləri də rublla ödəyirlər. Ancaq dollarla göstərilən qiymətlərlə ticarət edirlər.
Rus şirkətləri avroya keçməyə məcbur edilərsə, onda onlar üçün pozitiv yox, yalnız neqativ xəbərlər var. Bu zaman bir hesab vahidi – dollar rubla kursu ilə yanaşı, bir neçə digər hesab vahidləri – avronun dollar qarşısında və avronun rubla qarşı kursu da ortaya çıxır.
Bundan əlavə, bir valyutanı digərinə dəyişdirərkən komissiyalar mövcuddur və bunun üçün ödəməlisiniz. Milyonlarla dövriyyəni nəzərə alsaq, Rusiya şirkətlərinin qazancından nə qədər itirdiklərini təsəvvür etmək olar.
Daha bir məqam: Avronun sabitliyi nisbidir. Amerika iqtisadiyyatı Avropadakından daha sürətli bərpa olunur. Üstəlik, “Köhnə dünya” ölkələrində bu bərpa çox qeyri-bərabər gedir. Böyük Britaniya burada liderdir, Almaniya da artımı sürətləndirir, eyni zamanda vəziyyətin o qədər də ürəkaçan olmadığı ölkələr də var.
Bütün bunlar avroda əks olunur. İndiyə qədər Atlantik okeanının hər iki tərəfindəki maliyyəçilər avronun dollara nisbətdə böyük bir devalvasiyasını gözləyirlər. Müvafiq olaraq, bu valyutadakı bütün resurslar köhnəlir.
Maliyyə siyasətə qurban verildikdə, ortaya yaxşı bir şey çıxmır
Sankt-Peterburqdakı Beynəlxalq iqtisadi forumda Rusiyanın maliyyə naziri Anton Siluanov sensasiyalı xəbər verdi. Onun sözlərinə görə, Rusiya Milli Rifah Fondu (FNB) dollardan imtina edərək, aktivlərini qızıl, avro, yuan və yapon yeninə dəyişdirdi. Gözəl şəkildə deyildi və hökumətyönlü kanallar və ekspertlərin tərifləri ilə müşaiyət edildi.
Ancaq rəqəmlərlə hər şey o qədər də ürəkaçan görünmür. İyun ayının əvvəlində bir həftə içində dollarlarını qızıla dəyişdirən Rusiya Maliyyə Nazirliyi 1,3 milyard dollar itirdi. Avro, yuan və yenin alınması 200 milyon dollardan çox itki ilə başa gəldi.
Sanksiyalardan və siyasi eqzersislərdən yayınma üçün çox pul ödəməlisən. Ən azı bir həftə ərzində Rusiya büdcəsi təxminən 100 milyard rubl itirdi. Və bu, hələ son deyil. Ümid var ki, hər şey FNB-nin aktivlərini dollardan azad etmək üçün görülən işlər barədə bir hesabatla bitəcək.
Buna baxmayaraq, Rusiya idxalçıları və ixracatçıları, eləcə də nağd dollar sahibləri arasında müəyyən bir narahatlıq qalmaqdadır. Siluanov, dolların sərbəst dövriyyəsinə hər hansı bir qadağa qoymağı planlaşdırmadıqlarını vəd etdikdə, bir çoxları bunun əksinin baş verəcəyinə və deyilənlərin birbaşa təhdid olmasına inanırlar.
Əgər nə vaxtsa Moskva Vaşinqtonla qarşıdurmasını gücləndirməyə və dollara (öz ağlınca) zərbə vurmağa qərar versə, o zaman Rusiya biznesi və vətəndaşları çox zərər görəcək. Lakin bu, onlar üçün sürpriz olmayacaq. Həyat onlara hakimiyyətlərindən yalnız ən pis şeyləri gözləməyi öyrədib…//Turkustan.info
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay