BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9829

“Eurasia Review” nəşrində “Azərbaycan azad edilmiş əraziləri yüksək texnoloji əraziyə çevirməyi hədəfləyir” sərlövhəli məqalə dərc edilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Valyuta.az-a bildirilib ki, müəllifi mərkəzin aparıcı məsləhətçisi Orxan Bağırov olan məqalədə əsas diqqət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa layihələrinə yönəldilib və bu layihələr çərçivəsində texnoloji yeniliklərin tətbiqinə üstünlük veriləcəyi vurğulanıb.

Müəllif ilk olaraq azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat layihələri haqqında məlumat verib. 

Bildirib ki, bu çərçivədə Tərtər şəhərindən Talış və Suqovuşan kəndlərinə çəkilən avtomobil yolları, Əhmədbəyli-Füzuli-Şuşa və Toğanalı-Kəlbəcər magistralları, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yolu, Horadiz-Füzuli-Şuşa dəmiryolu, Bərdə-Ağdam dəmiryolu, Horadiz-Ağbənd dəmiryolu layihələri həyata keçirilməkdədir. Sonra nəşrin oxucuları Füzuli Beynəlxalq Hava Limanının tikintisi haqqında məlumatlandırılıb və bu aeroportun turizmin inkişafında böyük rol oynayacağı vurğulanıb. Bundan əlavə, Laçın və Zəngilanda daha iki hava limanının tikintisinin planlaşdırıldığı qeyd edilib.

Diqqətə çatdırılıb ki, nəqliyyat layihələri ilə yanaşı, azad edilmiş ərazilərin enerji təhlükəsizliyinin təminatı ilə bağlı da layihələr reallaşdırılır. Azərbaycanın əsas məqsədi azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevirməkdir. Bunun üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparılır. Bununla yanaşı, icrasına başlanılmış digər enerji layihələri haqqında da məlumat verilib.

Məqalədə, eyni zamanda, texnoloji yeniliklərin şəhərsalma prosesində də tətbiq ediləcəyi vurğulanıb. Bunun üçün şəhərlərin və kəndlərin yenidən qurulmasında “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarından istifadə ediləcəyi və ilk “ağıllı kənd”in Zəngilan rayonunun Ağalı kəndinin olacağı diqqətə çatdırılıb.

Sonda qeyd edilib ki, həyata keçirilən layihələr vasitəsilə Azərbaycan azad edilmiş torpaqları regionun ən inkişaf etmiş bölgələrindən birinə çevirəcək. “Yaşıl enerji” zonasının və “ağıllı kənd”lərin yaradılması davamlı iqtisadi inkişafın əldə edilməsinə, nəqliyyat layihələrinin inkişafı isə turizm potensialından tam istifadəyə imkan yaradacaq. İqtisadi inkişaf isə öz növbəsində davamlı sülhün formalaşmasına və Azərbaycan ilə Ermənistan arasında imzalanmış 10 noyabr razılaşması çərçivəsində barışığın əldə edilməsi perspektivlərinin yaranmasına gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin