BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
9803

Xəbər verdiyimiz kimi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilib. Bu böyük uğur kimi qiymətləndirilsə də  aşkar edilən qaz ehtiyatlarının həcmi barədə məlumat verilmədi.  

Yataqda görülən işlər və ümumilikdə neft- qaz sektorumuzdakı quyuların vəziyyəti barədə Valyuta.Az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanın quruda yerləşən yataqları artıq qürub dövrünü yaşadığı üçün ümid Xəzərin dərin qatlarına qalıb və yeni quyu ən dərin quyu hesab oluna bilər.

“İndiyədək heç kim Xəzərin bu dərinliyində kəşfiyyat-qazma işləri aparmamışdı. Blok üzrə müqavilə müddəti 30 il, iştirak payı 50 faiz müəyyən edilib. Sazişə əsasən, bp şirkəti 2012-ci ildə “Şəfəq-Asiman” blokunda seysmik məlumatlar almaq  üçün əməliyyatlar aparıb. 2020-ci ilin yanvarında quyu qazılmağa başlanıb və bir neçə gün öncə quyuda neft olmasına dair məlumat əldə edilib. Sənədlərdə quyunun qazıldığı ərazidə dənizin dərinliyi 624 metr, layihə dərinliyi 7263 metr olması qeyd edilmişdi. Müqavilə sahəsində 3 palçıq vulkanı mövcuddur. İstər coğrafi amillər, istər bioloji faktorlar nəzərə alınmaqla, ilk quyu kifayət qədər mürəkkəb şəraitdə qazılıb. Qazma işlərinin öhdəsindən Heydər Əliyev adına altıncı nəsil üzən yarımdalma qazma qurğuları hesabına gəlinib. Başqa qurğularn yeraltı təzyiqə dözmək qabiliyyəti yoxdur. Bakıda yarımdalma qurğuları inşa edən zavodun mövcud olması özü də bir uğur sayıla bilər.

Məhsuldar kabohidrogen lay açılıbsa, niyə ehtiyatlarla bağlı dəqiq məlumat verilmədi sualına gəlincə, bunun da öz haqlı səbəbləri var.

Quyunun  sınaq fəaliyyəti ümumilikdə 604 günədək davam edəcək. Qazma işlərinin başa  çatması ilə sınaq işləri arasındakı mümkün fasilənin 1-3 il olacağı nəzərdə tutulmuşdu. Abşeron yatağı da “Total” şirkəti tərəfindən açılarkən, ilkin ehtiyatlar barədə məlumatlar yalnız tədqiqatlar başa çatdıqdan sonra verilmişdi. Fasilə layının qazma işləri uğurla tamamlanıb. Yatağn tam ehtiyatlarını müəyyən etmək məqsədilə qiymətləndirici yan lülə qazılacaq. Pandemiya dövründə neft kəskin ucuzlaşarkən əksər neft şirkətləi öz kəşfiyyat işlərini dayandırsalar da, bp nə  keçən il, nə də bu il işini daynadırmadı, büdcəni kəsmədi. Hasilatın pay bölgüsü müqaviləsinə əsasən, kəşfiyyat uğurlu olmazsa, bütün maliyyə riskləri bp-nin üzərində qalır. Yəni əvəzi ödənilmir. Yataq aşkarlamaq isə həqiqətən böyük nailiyyətdir”. 

Ekspert Azərbaycanda mövcud olan yataqlar barədə də ümumi məlumat verib.

“Azərbaycanda müstəqillik illərində ilk neft yatağımız Qarabağ olub. Qaz yataqları isə çoxdur. 1999-cu ildə “Şahdəniz” yatağı,  2010-cu ildə “Ümid”, 2011-ci ildə “Abşeron”, 2013-cü ildə “Bulla” yatağının dərin qatlarındakı qaz ehtiyatları aşkarlanıb. Azərbaycanda ümumilikdə XIX əsrin ortalarından bu yana 81 yataq kəşf edilib. İndiyə qədər açılmış neft yataqlarından 53 ədədi quruda, 28-i dənizdə olub. Hazırda istismarda 59 yataq var. Onların 40-ı quruda, 19-u dənizdədir. SOCAR-ın statistikasına görə, 1 yanvar 2021-ci il tarixinə qədər işlənmənin əvvəlindən ölkənin qurudakı yataqlarından 981,1 milyon ton, dənizdən 1 milyard 336 milyon ton neft hasil edilib. Hazırda mövcud olan yataqların 27-si Azneft, 32-si xarici şirkətlər tərəfindən işlənir. Azneftin dənizdə və quruduakı  yataqlarının sayı demək olar kii bərabərdir- 14 quru, 13 dəniz yatağı var. Xarici şirkətlərin balansında 26 quru yatağı var ki, onlardan da 6-sı dəniz yataqlarıdır. Quru yataqlarının bir qismi öz dövrünü başa vurub, qurumaq  üzrədir və ya quruyub. Bütün ümidlərimiz dənizin dərin qatlarınadır. “Şəfəq-Asiman”ın  kəşfi gələcəyə dair bir   ümid qapısıdır”,- deyə ekspert bildirib”.

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Prezident: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir

QIWI-ni 2024-cü ilin sonuna qədər ciddi itkilər gözləyir

“Dojd” telekanalının baş direktoru dəyişdi

ADA-da COP29-la bağlı forum keçirilir, Prezident iştirak edir

Azərbaycanda siqaret istehsalı üçün yerli xammaldan istifadə şərt olacaq

Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir

Bakıda 29 dərəcə isti olacaq

Yeni dövlət rüsumu müəyyənləşir

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

İş təklifini rədd etmək üçün 7 səbəb

Süni torpaq sahələrində sahibkarlara güzəşt və təşviqlər tətbiq edilə bilər

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət etdi

Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv edilir

Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?

Fürsətlər haradadır?

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

"Bank VTB Azərbaycan"ın aktivləri 6 milyon manatdan çox azalıb

Bitcoin bahalaşıb, Etherium ucuzlaşıb- Kriptovalyutaların qiymətləri

Üç ayda xaricdən 20 milyon dollarlıq düyü almışıq – Qiyməti nə qədər bahalaşıb?

Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək (RƏSMİ)

Başqa yerdə işləyərkən öz işimizi qurmaq üçün necə çalışmalıyıq?

Bu il 7 mlrd. kVt-saatdan artıq elektrik enerjisi istehsal olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin